Ramal Hüseynov yenə öz ampluasında
21.05.2011 - 15:05
Azərbaycan milli komandasının sabiq futbolçusu Ramal Hüseynov yenə “fərqlənib”. Apasport.az saytının məlumatına görə, “Gəncə” klubunun 27 yaşlı yarımmüdafiəçisi bu dəfə də Premyer Liqamızda bitən mövsümün antiqəhrəmanlarından olub. Ramal əvvəl olduğu kimi, sarı və qırmızı vərəqələrin sayının çoxluğuna görə öz ampluasında, yəni ən intizamsız futbolçu olub. O, 13 dəfə sarı vərəqə almaqla, hamını qabaqlayıb. Hüseynov kimi 2 dəfə qırmızı ilə cəzalanaraq, meydandan çıxarılan da yığmamızın sabiq futbolçusu – “Bakı”nın yarımmüdafiəçisi Əziz Quliyev oldu.
Ramaldan sonra ən çox sarı vərəqə alan da “Gəncə”nin futbolçusudur. Ancaq bu, yerli futbolçu yox, legioner – gürcü yarımmüdafiəçi Zura Dzamsaşvilidir. O, Ramaldan cəmi 1 sarı vərəqə az (12) alıb. Hüseynovla Dzamsaşvili birgə 25 sarı vərəqə qalıblar ki, bu da komandalarının ötən mövsümdə aldığı vərəqələrin (72) 1/3-i deməkdir. “Bakı”nın futbolçuları keçən mövsümdə ən çox sarı və qırmızı vərəqə alıblar. Son çempionatda yalnız 2 komanda – “Qarabağ”la “İnter” qırmızı vərəqə almayıb. “Qarabağ”ın sarı vərəqələrinin sayı digərləri ilə müqayisədə çox az olduğundan, ən intizamlı komanda adını qazandı.
Premyer Liqamızda 192 oyunda 746 sarı vərəqə verilib ki, bu da orta hesabla 3,8 deməkdir. Qırmızı vərəqələrin sayı isə 34-dür. Meydandan qovulanların çoxu öz futbolçularımızdır –20. Qalan 14 qırmızı vərəqə isə legionerlərin payına düşür. Digər diqqəti çəkən məqam odur ki, MOİK-in 2 qapıçısı – Davud Kərimi ilə gürcü Amiran Qventsadze meydandan çıxarılıblar. Qapıçılardan digər ağır cəzalananlar seneqallı Xalidu Sissoko ilə latviyalı Pavel Doroşev olub. Ancaq sonuncu ümid foluna görə cəzalanan Doroşevdən fərqli Sissoko meydanda yox, texniki zonada olduğu zamanı nalayiq sözlərə görə qırmızı vərəqə alıb.
1 “Neftçi” (26 futbolçu) – 61 sarı, 1 qırmızı vərəqə (Rəşad Abdullayev)
2. “Xəzər Lənkəran” (37 futbolçu) – 62 sarı, 1 qırmızı vərəqə (Dieqo Qusmao)
3. “Qarabağ” (28 futbolçu) – 32 sarı, qırmızı vərəqə yoxdur
4. AZAL (26 futbolçu) – 58 sarı, 2 qırmızı vərəqə (Robert Petrov, Vüsal Qarayev)
5. “İnter” (27 futbolçu) – 55 sarı, qırmızı vərəqə yoxdur
6. “Bakı” (32 futbolçu) – 85 sarı, 7 qırmızı vərəqə (Əziz Quliyev 2, Emin Cəfərquliyev, Vadim Borets, Jaba, İbrahim Karqbo, Xalidu Sissoko)
7. “Qəbələ” (31 futbolçu) – 74 sarı, 5 qırmızı vərəqə (Nodar Məmmədov, Deon Barton, Lyubo Baranin, Pavel Doroşev, Milan Antiç)
8. “Muğan” (34 futbolçu) – 80 sarı, 3 qırmızı vərəqə (Cavad Mirzəyev, Tagim Novruzov, Anhel Qutyerres)
9. “Gəncə” (37 futbolçu) – 72 sarı, 6 qırmızı vərəqə (Ramal Hüseynov, 2, Ceyhun Sultanov, Rafael Əmirbəyov, Mətləb Məmmədov, Patrik Nikeu)
10. “Turan” (44 futbolçu) – 46 sarı, 1 qırmızı vərəqə (Romuald Onana)
11 “Simurq” (36 futbolçu) – 54 sarı, 2 qırmızı vərəqə (Rasim Ramaldanov, Əli Bağırov)
12. MOİK (44 futbolçu) – 67 sarı, 6 qırmızı vərəqə (Nuran Qurbanov, Elçin Həşimov, Fərid Həşimzadə, Ramin Tanrıverdiyev, Davud Kərimi, Amiran Qventsadze )

0
0