“Abşeron” Premyer Liqa klublarını da arxada qoydu
21.05.2011 - 23:05
Bakının “Abşeron” klubu 2010/11 mövsümündə ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, bakılılar çempionatın medallarını alan ilk komanda kimi tarixə düşüb. Azərbaycan Premyer Liqasının mükafatçıları – “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” klubları, həmçinin birinci divizionun gümüş mükafatçısı “Rəvan” hələ medallarını nə vaxt alacağını dəqiq bilmədiyi vaxtda “Abşeron” artıq 38 dəst qızıl medalını boynundan asıb. Aşağı dəstənin məğlubedilməz çempionu bu göstəricidə hamını qabaqlamağı bacardı.
Belə ki, bakılılar futbol ictimaiyyətini “Neolit” restoranında bir araya gətirərək çempionluqla bağlı tədbir keçirib. Klub rəhbərliyinin təşkil etdiyi tədbirdə PFL rəhbərliyi, AFFA nümayəndələri, bəzi digər komandaların üzvləri, veteran futbolçular, digər qonaqlar və təbii ki əsas səbəbkar “Abşeron”un üzvləri iştirak edirdilər.
“Abşeron”un prezidenti Yaşar Rüstəmov, baş məşqçi Mirbağır İsayev və digər qonaqların çıxış etdiyi tədbir zamanı PFL rəhbərliyi komandanın qızıl medallarını da təqdim edib. 32 futbolçu və rəhbərliyin 6 üzvü qızıl medallarına qovuşub. Vətənində olan serbiyalı qapıçı Vladimir Miçoviçin mükafatı isə ona təqdim olunmaq üçün komanda yoldaşlarından birinə verilib.
Tədbirdə iştirak edən müğənnilərin ifası altında yaşıl meydanda olduğu kimi rəqs edən futbolçular çempionluğu əsl bayram kimi qeyd ediblər. Tədbirin ən maraqlı anı isə tanınmış müğənni Eyyub Yaqubovu zala daxil olması olub. Onun “Abşeronum mənim” mahnısını qeyri-rəsmi himn kimi qəbul edən abşeronlular hamı bir nəfər kimi ayağa qalxaraq müğənninin də ortaya salıb onun ətrafında rəqs bacarığını göstəriblər.

0
0