Georgi Adamiya üçün sürpriz
22.05.2011 - 11:20
“Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyar. Mən də eyni duyğuları yaşayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya deyib.
O, Gürcüstan yığmasına ilk dəfə dəvət olunmağı ilə bağlı fikirlərini klubunun rəsmi saytına açıqlayıb: “Mənim üçün xoş bir sürpriz oldu. Düzdü, milliyə dəvət almışam. Amma hələ heç nə bəlli deyil. 30 futbolçu 1 gün sonra başlayan təlim-məşq toplanışına dəvət alıb. Məlum olduğu kimi, Xorvatiya ya qarşı oynayacağıq. Hər şey toplanışda bəlli olacaq. İstənilən halda milliyə dəvət almaq mənim üçün xoşdur. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Əlbəttə, “Qarabağ”da bombardir olmağım dəvət az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdır. İnşallah, “Qarabağ”ı ən yaxşı halda təmsil etməyə çalışacağam”.

0
0