60 illik həsrətə son
22.05.2011 - 12:02
“Böyük beşlik”də sonuncu ölkə çempionunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, yarışın sonuna 1 tur qalmış Fransanın ın güclü komandası müəyyənləşib. Məşhur “Park de Prens” stadionunda PSJ ilə məhsuldar heç-heçə (2:2) edən “Lill” 60 illik çempionluq həsrətinə son qoyub. 1951-ci ildən sonra ilk dəfə bu titulu qazanan “Lill”ə yanaşı 2-ci yerin taleyinə də aydınlıq gəlib. Bu, “Marsel” klubuna qismət olub. 3-cü yer uğrunds isə “Lon” və PSJ mübarizə aparırlar.
Qeyd edək ki, “Böyük beşliy”in digər çempionatlarında “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə) və “Milan” (İtaliya) çempion olublar.
Qeyd edək ki, “Böyük beşliy”in digər çempionatlarında “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə) və “Milan” (İtaliya) çempion olublar.
0
0