Ramiz Məmmədovun komandası darmadağın oldu
22.05.2011 - 12:31
Qazaxıstan çempionatında 12-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” klubu “Taraz”ın qonağı olub. Bu matçda həmyerlimizin komandası 3:0 hesablı darmadağına üzülüb. Bu məğlubiyyətdən sonra hesabında 14 xal olan Atırau təmsilçisi 7-ci pillədə qərarlaşıb.
0
0