Ölkə çempionatında növbəti qalmaqal
22.05.2011 - 15:04
Azarkeşlər arasında qalmaqal yaranması daha bir oyunun yarımçıq qalmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, bu dəfə Argentina çempionatının qarşılaşması fanatların güdazına gedib. “Urakan”la “Estudiantes” arasında qarşılaşma artıq ilk yarıda dayandırılıb. Belə ki, qonaqların 2:0 hesabı ilə irəlidə olması tribunalarda qəzəbə səbəb olub və fanatlar stadionda aranı qarışdırıb. Bu da matçın davam etdirilməsinə mane olub.
0
0