Makedoniya yığması çempionlarımızdan imtina etdi
22.05.2011 - 19:14
Makedoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mirsad Yonuz iyunun 4-də İrlandiya yığması ilə ev oyununa 18 futbolçu çağırıb. Mütəxəssis Avro-2012-nin seçmə oyununda Azərbaycan Premyer Liqasında çıxış edən 1 futbolçuya da yer verə bilər. Belə ki, Yonuz Bakı “İnter”inin futbolçusu Filip Despotovskini də 18 nəfərlik heyətə daxil edib.
Lakin “Neftçi”nin üzvləri, Azərbaycan çempionları olan İqor Mitreski ilə Slavko Georgiyevski Yonuza lazım olmayıblar. Ölkəmizə gələnədək yığmanın əsas üzvləri olan bu cütlük “Neftçi” də oynadıqları vaxt bir müddət milliyə dəvət alırdı. Elə İrlandiya ilə son seçmə oyunda hər 2 futbolçu start heyətdən kənar qalmışdı. Düzdür, Slavko sona 6 dəqiqə qalmış meydana çıxmışdı. Amma bu dəfə Yonuz ümumiyyətlə onlardan imtina edib.

0
0