“Püşkdə Azərbaycan klubu düşsəydi, mərhələ keçərdik”
22.05.2011 - 20:05
“Əlbəttə ki, Avroliqaya təsnifat və ya pley-off mərhələsində başlamağın fərqi var. Təsnifatdan başlamaq daha yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Karpatı” klubunun baş məşqçisi Nikolay Pavlov deyib.
Təcrübəli mütəxəssis Avroliqada iştirak edəcək komandası üçün uğurlu rəqiblər haqda danışıb: “Pley-offda “Benfika” üslubda rəqib düşə bilər. Ya da “Tavriya”nın başına gəldiyi kimi “Bayer” səviyyəli rəqib. Belə vəziyyətdə hər şey o anda bitəcək. Təsnifatda isə Azərbaycan və ya Moldova klubları düşərsə onda mərhələ keçə biləcəyik”.
Qeyd edək ki, “Karpatı” Avroliqaya III təsnifat mərhələsindən başlayacaq.

0
0