Ukraynada Levin və Çertoqanovu tanımırlar
22.05.2011 - 20:34
Ukraynada Levin və Çertoqanovu tanımırlar
Ukraynalı futbolçuların bütün postsovet məkanına yayılması hamıya məlumdur. Apaport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız da bu məqama biganə qalmırlar. Daim legionerlərini gündəmdə saxlayan ukraynalılar MDB məkanında ölkə çempionu olan futbolçularına xüsusi yazı həsr edib.

Həmkarlarımız Azərbaycanda qızıl medal qazanan həmyerliləri kimi futbolçunun adlını qeyd ediblər. Bunlar 1999/2000 və 2000/01 mövsümlərində “Şəmkir”lə uğur qazanan Viktor Kulikov, 2005/06 mövsümündə “Bakı”da çempion olan Stanislav Lobandır.

Lakin daha 2 futbolçu “İnter”lə Azərbaycan çempionu olan Vladimir Levinlə Aleksandr Çertoqanovun da ukraynalı olması hamıya məlumdur. Lakin ukraynalılar milliləşərək Azərbaycan yığmasında oynayan bu cütlüyü siyahıya daxil etmıyib. Yəqin ki, bu da onların milliləşməsi ilə bağlıdır.

Qeyd edək ki, siyahıda son mövsümü “Bakı”da keçirən Ruslan Leviqa da yer alıb. O, Qazaxıstan çempionu kimi bura düşüb.