“Fənərbaxça” çempion oldu, “Qalatasaray”ı geridə qoydu
23.05.2011 - 09:12
“Fənərbaxça” çempion oldu, “Qalatasaray”ı geridə qoydu
Türkiyə Superliqasında növbəti mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” tarixində 18-ci dəfə ölkə çempionatının qalibi olub. Bununla da “Fənər” çempionluq sayına görə əzəli rəqibi “Qalatasaray”ı (17 dəfə) arxada qoyaraq, Türkiyədə yeni rekordçu olub.

Aykut Kocamanın çalışdırdığı komanda son turda səfərdə “Sivasspor”a 4:3 hesabı ilə qalib gələrək, 1-ci pillədəki yerini qoruyub. “Trabzonspor” da son turda qalib gələrək, “Fənər” kimi xallarını 82-yə yüksəltdi. Ancaq Şenol Günəşin çalışdırdığı komanda həm şəxsi oyunlarda, həm də top fərqində rəqibindən geri qaldı.

Qeyd edək ki, ötən ilin çempionu “Bursaspor” bu dəfə 3-cü yeri tutaraq, bürünc mükafatçı olub.