26 dəqiqəlik oyun
23.05.2011 - 09:18
26 dəqiqəlik oyun
Avstriya çempionatında qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Rapid” və “Austriya” arasında paytaxt derbisi cəmi 26 dəqiqə davam edib. Belə ki, qonaqların hesabı 2:0-a çatdırmasından sonra “Rapid” azarkeşləri meydana axışıb. Futbolçular canlarının qorxusundan soyunub-geyimə otaqlarına qaçıblar və geri qayıtmayıblar. Baş verənlərdən yarım saat sonra hakim qarşılaşmanı davam etdirməmək haqda qırar qəbul edib.