“Neftçi” - “Xəzər Lənkəran” – 270:84
23.05.2011 - 09:22
“Neftçi” - “Xəzər Lənkəran” – 270:84
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının son turunun oyunlarında baş verənlər müzakirə olunub.

"Qarabağ"la matçda AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün bakılılar 1000 manat cərimə olunub. "Muğan"la oyunda "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməlidir.

"Xəzər Lənkəran" la qarşılaşmanın 53-cü dəqiqəsində "Neftçi"nin meydandan qovulan futbolçusu Rəşad Abdullayev 1 oyunluq cəzalanıb və komandasını 200 manat ziyana salıb. Stadionda hər iki klubun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Belə ki, "Xəzər Lənkəran" fanatları 270, "Neftçi" tərəfdarları 84 oturacağın sındırıb. Bu səbəbdən də hər iki klub dəymiş zərərə uyğun olaraq Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

Mənbə: pfl.az