“İnter”dən “Taraz”adək, yaxud Ramiz Məmmədovun 371 günü
23.05.2011 - 09:36
Azərbaycanlı Ramiz Məmmədov Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi postunda ilk böyük hesablı məğlubiyyətini aldı. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcımız bu ilin yanvarından sükanı arxasında olduğu komandasında ölkə kubokunu da nəzərə alsaq, arxada qalan 13 oyunda belə uduzmamışdı. Bu, 14-cü matçda – “Taraz”la səfər görüşündə reallaşdı – 0:3.
Məmmədov baş məşqçi karyerasında sonuncu böyük hesablı məğlubiyyətini vətənində, “Qəbələ” klubunda almışdı. Özü də bu, onun həmin komandada son oyununda olmuşdu. Söhbət ötən çempionatın son turunda mayın 15-də səfərdə “İnter”ə 1:4 hesablı məğlubiyyətdən gedir. Bununla da Məmmədov 371 gündən sonra böyük hesabla uduzdu.
Yeri gəlmişkən, “bankirlər” həmin qələbə sayəsində tarixində 2-ci dəfə çempionluğu qazanmış və yenə son turda “Qəbələ”ni böyük hesabla üstələməsi (əvvəlki 4:0) sayəsində buna nail olmuşdu. Maraqlıdır ki, Məmmədovun “Atırau”da köməkçisi olan Elxan Abdullayev həmin vaxt ona rəqib idi. Millimizdə də çalışmış Abdullayev həmyerlisinin dəvəti ilə Qazaxıstana gələnə kimi “İnter”də məşqçi idi.

0
0