“Neftçi” klubu Avropa arenasında yüksək qiymətləndirilir”
23.05.2011 - 10:09
“Neftçi” klubu Avropa arenasında yüksək qiymətləndirilir”
Mayın 28-də Özbəkistanın paytaxtı Daşkənddə futzal üzrə beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, ölkənin aparıcı klubu olan “Ardus”un təşkil etdiyi turnirdə onunla yanaşı, Rusiya, Vyetnam və Azərbaycan komandası iştirak edəcək. Ölkəmizi yarışda son çempionatımızı 2-ci yerdə tutaraq, gümüş medalçı olan “Neftçi” İSM təmsil edəcək.

“Ardus”un baş məşqçisi Aleksandr Popov rəqibləri qiymətləndirdiyi zamanı komandamız haqda xoş sözlər deyib: “Qarşıdakı oyunlar yetirmələrimin ilin əsas yarışı olan Asiya Çempionlar Liqasına hazırlıq baxımından yoxlanış olacaq. Sınaqçı rəqiblərimizin hamısı ciddidir. Bakının “Neftçi” komandasında Braziliyadan bir neçə legioner oynayır. Bu klub Avropa arenasında yüksək qiymətləndirilir. Yeri gəlmişkən, azərbaycanlı oyunçularla artıq bir neçə dəfə görüşmüşük. Bizim Azərbaycan Futzal Federasiyası ilə yaxın əlaqələrimiz yaranıb”.