“Levski”nin futbolçusu Azərbaycandan təklif aldı
23.05.2011 - 11:35
“Levski”nin futbolçusu Azərbaycandan təklif aldı
Bolqarıstanın “Levski” klubunun futbolçusu Veselin Minev karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin rəhbərliyi 31 yaşlı müdafiəçiyə bu yay klubunu dəyişməyə icazə də verib. Minev isə aldığı təkliflər arasında götür-qoy edir. O, Azərbaycan, Kipr və Türkiyədən hələ qışda aldığı cəlbedici təkliflərdən birini seçəcəyini gizlətmir. Minev həmin təkliflərə əsasən Bolqarıstanda qazandığından qat-qat yüksək qazana bilər.

Qeyd edək ki, 2006-cı ildən “Levski”də çıxış edən Minev 2 çempionluq, 1 kubok və 2 superkubok qazanıb. Bolqarıstan milli komandasında 1 il əvvəl debüt edən müdafiəçi yığmada 8 matç keçirib.