Milan Baroş “Qalatasaray”ı “Volfsburq”a dəyişir
23.05.2011 - 11:44
Milan Baroş “Qalatasaray”ı “Volfsburq”a dəyişir
“Qalatasaray” klubu çexiyalı futbolçusu Milan Baroşla yollarını ayırır. Apasport.az saytının məlumatına görə, komandanın bombardiri olan 30 yaşlı hücumçu getməyə qərar verib. “Cim Bom”la hələ 2 illik müqaviləsi olan Baroş Almaniyanın “Volfsburq” klubu ilə anlaşmaya çox yaxındır.

Futbolçunun meneceri Pavel Paska Bundesliqa təmsilçisi ilə danışıqlara başlayıb. “Qalatasaray”da ildə 2,8 milyon avro qazanan Milanla bağlı son qərar baş məşqçi Fatih Terimin öhdəsinə buraxılıb. Rəhbərlik uzun müddət zədəli olan, aqressivlik nümayiş etdirən, şəxsi, intizam məsələlərində problemi olan legionerin gedişinə əngəlləmək fikrində deyil.
Artıq vətəninə gedən Baroş rəhbərliyin bu münasibətinə, “Qalatasaray” tərəfdarına gələcək taleyi ilə bağlı hər hansı məlumatına verilməməyinə əsəbiləşib və bu üzdən “Volfsburq”un təklifini dəyərləndirmək istəyir.

Qeyd edək ki, “Cim Bom”un hücum xəttində boşluğu doldurmaq istədiyi Didye Droqba onu istəyən klublarla 3 illik müqavilə bağlamaq istəyir. 2004-cü ildən oynadığı Londonun “Çelsi” klubunda ildə 7,2 milyon avro alan afrikalının “Qalatasaray”a keçidinin yüksək məbləğə görə çətin olduğu bildirilir.