Dieqo Maradona 80 yaşlı prezidenti məhkəməyə verəcək
23.05.2011 - 11:55
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona yenidən qalmaqallı məsələ ilə bağlı diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, milli komandasının sabiq baş məşqçisi Argentina Futbol Federasiyasının (AFF) prezidenti Xulio Qrondonanı məhkəmə verəcəyini bildirib. Sonuncu Maradonanın narkotiklə bağlı probleminin olduğunu bildirib və buna qarşı tərəfdən sərt cavab alıb. 80 yaşlı Qrondonanın narkotiklə aludəçilikdən yaxa qurtara bilməməyi mətbuatda geniş işıqlandırılıb: “Mən qocayam, ancaq sağlamam. Digərləri isə özləri özlərinə problem yaradır”.
Maradona da öz növbəsində artıq 7 ildir narkotik qəbul etmədiyini bildirərək, haqlı olduğu məhkəmədə sübut edəcəyinə söz verib: “Bu dəfə qaza basmağa və statusa baxmayaraq, sona kimi getməyə hazırlaşıram. Hamı, hətta Qrondonanın nəvələri vəkilimin dediyi analizləri verməyə məcburdur. Gizlətməyə heç nəyim yoxdur, mən bu testi 1-ci verəcəyəm. Hamı bilsin ki, mən Qrondonanın ailəsini təqib edəcəyəm. Ona yaşı ilə əlaqədar işləmək getdikcə daha da çətinləşir. Ümid edirəm ki, Qrondona bunu başa düşərək, istefa verəcək”.
Qeyd edək ki, AFF millisinin ötən il dünya çempionatındakı uğursuzluqdan sonra
Maradona ilə müqaviləni uzatmadı. Argentinalı dünya çempionu yaxında Dubayın “Əl Vəsl” klubu ilə müqavilə uzadaraq, dünyanın ən çox qazanan məşqçisi oldu.

0
0