Azərbaycanla oyuna çağırılmadı, yığma karyerasını bitirdi
23.05.2011 - 12:57
Mihael Ballak kapitanı olduğu Almaniya milli komandasındakı taleyi ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, “Bayer”in 35 yaşlı yarımmüdafiəçisi bir daha Bundestimdə oynamayacağını elan edib. Ballak yığma karyerasını 100 oyuna çatmadan bitirməli oldu. O, 1999-cu ildən çıxış etdiyi Almaniya millisində 98 oyun keçirərək, 42 qol vurub.
Bundestimin baş məşqçisi Yoahim Löv Ballakı qarşıdakı 3 oyuna açıqladığı heyətdə yer verməyib. Bunlar mayın 29-da Uruqvayla yoldaşlıq görüşü, iyunun 3-də və 7-də Avstriya və Azərbaycan yığmaları səfərdəki rəsmi oyunlar idi. Löv qərarını Ballakın fiziki hazırlığının qənaətbəxş olmamağı ilə əlaqələndirib.
Qeyd edək ki, Mihael ötən seçmə mərhələdə millimizlə hər 2 matçda oynayıb, Hannoverdəki görüşdə (4:0) penaltidən qapımıza qol vurmaqla, hesabı açıb.

0
0