“Xəzər Lənkəran” klubu bəyanat yaydı
23.05.2011 - 12:03
“Xəzər Lənkəran” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, cənublular Azərbaycan Premyer Liqasının son turu çərçivəsində keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra baş verənlərə rəsmi münasibət bildirib.
Belə ki, polis əməkdaşları və “Xəzər Lənkəran” azarkeşləri arasında baş verən xoşagəlməz hallar klubun diqqətindən kənarda qalmayıb. Baş verənlərdən sonra “Xəzər Lənkəran” rəhbərliyi və DİN-in səlahiyyətli şəxsləri arasında görüş keçirilmiş və həmin olaylar müzakirə edilmişdir. Klub rəhbərliyi polis əməkdaşlarının tətbiq etdiyi qeyri adekvat güc tədbirləri ilə bağlı öz narahatlığını bildirib və belə halların təkrar olunmamağına ümidvar olduğunu ifadə edib.
Öz növbəsində qarşı tərəf gələcəkdə belə insidentlərin yaşanmamağı üçün polisin daha diqqətli olacağını vəd edib: “Klub olaraq bəyan edirik ki, “Xəzər Lənkəran” polis orqanları ilə heç bir zaman heç bir problem yaşamayıb və gələcəkdə də hər hansı problemin yaşanmamağı üçün öz səlahiyyətləri daxilində tam gücü ilə çalışacaq. Son oyunda yer alan insidentlər isə ayrı-ayrı şəxslərin təxribatı nəticəsində meydana gəlib və istər klub rəhbərliyi, istər polis orqanları bunlarda maraqlı ola bilməz. “Xəzər Lənkəran” gələcəkdə bu cür hallara yol verilməyəcəyinə və səfər oyunları zamanı qanun keşikçiləri tərəfindən klubun azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağına ümid edir”.
Mənbə: lankaranfc.com

0
0