“Futbolçularımız Azərbaycanda qiymətsiz beynəlxalq təcrübə əldə edəcəklər”
23.05.2011 - 14:31
“Azərbaycandakı beynəlxalq turnir bizim üçün Asiya çempionatının seçmə mərhələsinə yaxşı hazırlıq olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Özbəkistanın yığma komandasının baş məşqçisi Dilşod Nurəliyev deyib. AFFA Azərbaycan futbolunun 100 illik yubileyi çərçivəsində iyunun 9-dan 17-dək Bakıda “Caspian Cup” beynəlxalq turnirini keçirəcək. Orada Özbəkistanı 1996-cı il təvəllüdlülərindən ibarət yığma komanda təmsil edəcək. Əslində turnir 1995-ci il təvəllüdlülər üçün nəzər tutulsa da, Özbəkistan Futbol Federasiyasının belə yaşda yığması olmadığından, Nurəliyevin komandasını göndərmək qərara alınıb: “Futbolçularımızın Bakıdakı turnirdə Avropanın güclü rəqiblərinə qarşı oynamaqla, qiymətsiz beynəlxalq təcrübə əldə edə biləcəklər. Artıq sabah növbəti təlim-məşq toplanışlar başlayacaq. Onun gedişində Yaponiyanın yeniyetmə yığması ilə 3 yoldaşlıq görüşü keçirəcəyik. Bundan sonra, təxminən 8-9-da Bakıya yollanmağı planlaşdırmışıq”.
Qeyd edək ki, turnirdə Azərbaycan və Özbəkistanla yanaşı, İspaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan və Türkmənistan yığmaları oynayacaq.
Qeyd edək ki, turnirdə Azərbaycan və Özbəkistanla yanaşı, İspaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan və Türkmənistan yığmaları oynayacaq.
0
0