AFFA da Jabaya qadağa qoydu
23.05.2011 - 14:42
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum “Bakı”nın braziliyalı futbolçusu Jabanın (Silvino Joao De Carvalyo) AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.
Məsələ ondadır ki, 17 may 2011-ci il tarixində FİFA tərəfindən AFFA-ya ünvanlanmış 100094 saylı məktubda “Bakı”nın futbolçusu Jabanın Braziliyanın “İtuano Sociedades de Futebol” klubuna olan borcunun faiz hissəsinin ödənilmədiyi göstərilmişdi. Belə ki, futbolçunun kluba olan borcu - 45 545 ABŞ dolları “Bakı” klubu tərəfindən ödənilsə də, həmin məbləğin faizləri ödənilməyib. Bu isə 27 dekabr 2009-cu ildən 26 noyabr 2010-cu ilə kimi ümumi məbləğin 5 % hesablanır. Bununla yanaşı, futbolçu 10 mart 2008-ci il tarixli İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, “İtuano Sociedades de Futebol” klubunun arbitraj xərclərini də ödəməlidir. Arbitraj xərcləri isə 8648 İsveçrə frankı yəşkil edir. FİFA tərəfindən ödəmənin son tarixi kimi 25 may 2011-ci il göstərilib. Ümumi məbləğ ödənildikdən sonra futbolçu barəsində AFFA tərəfindən çıxarılan qərar qüvvədən düşür.
Qeyd edək ki, bu məsələ üzündə “Bakı” klubu braziliyalı ilə müqaviləsini pozub, FİFA isə onu bütün yarışlardan kənarlaşdırıb.
Mənbə: affa.az

0
0