Rəşad Sadıqovun məyus etdiyi qapıçı “Milan”la anlaşdı
23.05.2011 - 15:14
Rəşad Sadıqovun məyus etdiyi qapıçı “Milan”la anlaşdı
Türkiyə milli komandasının qapıçısı Volkan Dəmirəl karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, uzun illərdir “Fənərbaxça”da oynayan Dəmirəl “Milan”a keçir. Artıq yeni klubu ilə anlaşan təcrübəli qapıçı “Fənər”in prezidenti Əziz Yıldırımdan “Çempion olaq, get” sözünü alıb.

“Milan”ın təklifini qəbul edən Volkan Yıldırımla həftə içi görüşərək, icazə istəyib. O da çempionluq müqabilində Milan”a getməyə izn verəcəyini bildirib. Məlum olduğu kimi, “Fənər” dünən Türkiyə çempionu oldu və Dəmirəl də italyanlarla prinsipcə anlaşıb. İtaliyanın son çempionu olan “Milan” Volkanın keçidi üçün 10 milyon avro verəcək.

Qeyd edək ki, Dəmirəl Türkiyə yığmasının heyətində milli komandamızla bir neçə dəfə görüşüb. Millimizin kapitanı Rəşad Sadıqovun ötən ilin oktyabrında onun qapısına gözəl vuraraq, “ay-ulduzlular”ı 1:0 hesabı ilə məğlub edib.