AFFA Mirça Redniki bağışladı
23.05.2011 - 15:18
Bu gün AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednikin cəzasının qalan hissəsinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb. Aparılan müzakirələrdən sonra qəbul edilən qərara görə Rednik barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılıb. Sadəcə, rumıniyalı mütəxəssis intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılıb, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. Rednik 6 aylıq sınaq müddəti ərzində analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. AFFA-nın çıxardığı qərarla Rednik “İnter”lə sabahkı NBC Bank Azərbaycan kubokunun final oyununda texniki zonada olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın çalışdırıcı “Neftçi” ilk ¼ final görüşündən sonra 5 oyunluq cəzalandırılmış, bunun 3-ü arxada qalıb.
Mənbə: affa.az
Qeyd edək ki, “Xəzər Lənkəran”ın çalışdırıcı “Neftçi” ilk ¼ final görüşündən sonra 5 oyunluq cəzalandırılmış, bunun 3-ü arxada qalıb.
Mənbə: affa.az
0
0