Azərbaycan yığması üçün “qəddar” həkim
23.05.2011 - 16:05
Avro-2012-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya matçının baş hakimi Mixail Koukoulakisin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 7-də Bakıda baş tutacaq qarşılaşmada fit çalacaq yunan həkimin 35 yaşı var. Meydanda hakimlik edəcək Koukoulakis tibb sahəsində çalışır və əsl peşəsi həkimdir.
Krit adasının İraklion şəhərindən olan referi 1992-ci ildən hakimliyə başlayıb. Ucaboy (1,90 m) yunan 2004-cü ildən ölkə çempionatının Superliqasında fit çalır. 2008-ci ildən FİFA hakimi olan Koukoulakis UEFA-nın 2-ci kateqoriyasına aiddir. O, bu səviyyəyə 2011-ci ilin əvvəlində yüksəlib.
Kritin yeganə beynəlxalq dərəcəli hakimi olan referi atasının yolunu davam etdirir. Belə ki, onun atası da FİFA hakimin olub. Təxminən 3 il yarımdır beynəlxalq oyunlar idarə edən referi artıq 1 dəfə yığmamızla qarşılaşıb. Bu, 2009-cu il oktyabrın 14-də baş verib. 19 yaşadək futbolçuların ibarət millimizin Danimarkaya 0:3 hesabı ilə uduzduğu görüşü məhz Koukoulakis idarə etmişdi. Həmin zaman “qəddarlığı” ilə seçilən yunan 2 futbolçumuzu qırmızı vərəqə ilə qovmaqla yanaşı qapımıza penalti də təyin edib.

0
0