“İnter” və “Xəzər Lənkəran”ın futbolçuları Basklar ölkəsinə qarşı
23.05.2011 - 16:16
Estoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tarmo Ryuytlu Basklar ölkəsi ilə yoldaşlıq görüşünə çağırdığı 19 futbolçu arasında Azərbaycandan 2 futbolçuya verib. Bunlar müdafiəçilər Dmitri Kruqlovla Tixon Şişovdur. Əslində Tixon artıq 1 ildir ölkəmizdə oynamır, sadəcə, müqavilə ilə “Xəzər Lənkəran”a məxsusdur. 2008-ci ilin qışından karyerasını Azərbaycanda davam etdirən Kruqlov ilk vaxtlar “Neftçi”də, ötən mövsümdən isə “İnter”də çıxış edir.
Oyun Estoniyada mayın 25-də yerli vaxtlar saat 21:45-də başlayacaq. Basklar ölkəsi nə FİFA, nə də UEFA-nın üzvü olduğundan, dünya və Avropa çempionatının seçmə mərhələlərində oynamır, yalnız beynəlxalq yoldaşlıq görüşləri keçirir. Komanda sonuncu görüşünü ötən ilin dekabrın 29-da Venesuela yığması ilə Bilbaoda keçirərək, 3:1 hesabı ilə qalib gəlib. Basklar ölkəsində Xabi Alonso (“Real”) və Xavyer Martines (“Atletik”) kimi tanınmış futbolçular oynayıb. Onların hər ikisi ötən il İspaniya yığmasının heyətində dünya çempionu olub. Hazırda Basklar ölkəsinin yığma komandası “Atletik”, “Osasusan”, “Real-Sosyedad” klublarının futbolçularından təşkil olunub.
Qeyd edək ki, Estoniya hələ 1996-cı ildə bu rəqiblə Bilbaoda görüşərək, böyük hesabla uduzub (0:3).

0
0