Viktor İqbekoyi: “Xəzər Lənkəran” üçün hər gün Allaha dua eləyirik
23.05.2011 - 23:01
“Pis mövsüm keçirmədik. Sonuncu oyunda qələbə qazanmağımız lap yerinə düşdü”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun nigeriyalı yarımmüdafiəçisi Viktor İqbekoyi deyib.
Paytaxt təmsilçisinin heyətində sabit oyun sərgiləyən futbolçu başa çatan mövsümü dəyərləndirərkən, komandasının çıxışından razı olduğunu deyib. Yarımmüdafiəçi çempionatın gedişində yaşadıqları enişi futbolun tərkib hissəsi hesab etdiyini bildirib: “Bu futboldur, hər şey ola bilər. Ardıcıl qələbələri sıraladığın kimi, məğlubiyyət aldığın oyunlar da olur. Bunlar futbolun ayrılmaz hissəsidir”.
Mövsümün əvvəlində komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulsa da, AZAL-ın məqsədinə nail olub-olmayacağı mayın 24-də keçiriləcək ölkə kubokunun finalından sonra müəyyənləşəcək. Yəni “İnter” oyunda qələbə qazansa. Elə sonuncu vəsiqəni də “bankirlər” qazanacaq. Sonluq belə alınsa, İqbekoyi bunu faciəyə çevirməyin düzgün olmayacağını deyib: “Yaxşı olar ki, kuboku “Xəzər Lənkəran” qazansın. Bunun üçün hər gün Allaha dua eləyirik. Maraqlı oyun olacağını düşünürəm”.
Ötən illərlə müqayisədə sonuncu çempionatın daha yaxşı keçdiyini deyən yarımmüdafiəçi komandaların heyətlərini gücləndirməsini qabardıb: “Bu çempionat səviyyə baxımından daha yüksək idi. Klubların əksəriyyəti heyətini xeyli gücləndirmişdi. Onlardan “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” daha yaxşı oynayırdılar”.
Fasilədən istifadə edin məzuniyyəti doğma vətənində keçirməyi düşünən Viktor uşaqları üçün darıxdığını da qeyd edib: “İki uşağım var. Onları yanvarda görmüşdüm. Hər ikisi üçün çox darıxmışam. Ona görə də məzuniyyəti vətənimdə, ailəmin yanında keçirəcəyəm. Böyük ehtimalla bu dəfə geri dönəndə onları da özümlə gətirəcəyəm”.
Qeyd edək ki, İqbekoyi hələ 2 il AZAL-ın uğurları üçün tər tökəcək.

0
0