Muammer Erdoğdunun “müştəri”ləri artır
23.05.2011 - 23:08
“3-4 komanda xidmətimdə maraqlıdır. Aralarında həm ilk, həm də ikinci “altılıq” komandaları var”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun müdafiəçisi Muammer Erdoğdu deyib.
Son 3 mövsümdə “Turan”ın formasını geyinən türkiyəli futbolçu artıq özünü başqa klubda sınamaq istəyir. Tovuz təmsilçisi ilə anlaşması başa çatan Erdoğdu “Turan”dan ayrılacağını qətiləşdirib. Buna səbəb isə əyalət təmsilçisinin yeni mövsümdə də çempionatda qalmaq uğrunda mübarizə aparması ilə bağlıdır: “Üç ildir “Turan”dayam. Bu komanda mənim üçün doğmadır. Ancaq iddialı klublardan birinə keçmək istəyirəm. Burda olduğum müddətdə “Turan” ancaq çempionatda qalmaq uğrunda mübarizə aparıb və hər dəfə də yerini qoruyub. Ancaq biz inkişaf etmirik. Bunun üçün Avropaya vəsiqəq qazanan klublara keçmək lazımdır”.
Muammaerin xidmətində maraqlı olan klublar sırasına “Gəncə” və “Muğan”da qoşulub. İlk “altılıq” komandalarından isə AZAL və “Bakı”nın ona maraq göstərdiyini söyləmək olar. Ancaq o, hələ ki, qərar verməyə tələsmir: “Bir müddət gözləməyi uyğun sayıram. İndi istirahətə gedəcəyəm. Döndükdən sonra təklif aldığım klublardan biri ilə masa arxasına əyləşəcəm. Yenə deyirəm, iddialı klublardan birini seçəcəm”.

0
0