“İnter”lə “Xəzər Lənkəran” eyni sayda – 4-cü dəfə finalda oynayacaqlar. “Bankirlər” hər 3 dəfə uduzaraq, kuboka hələ ki həsrətdirlər. Özü də komanda ilk 2 dəfə əlavə vaxtda yenilib ki, bunun sonuncusu “Xəzər Lənkəran”la görüşdə olub. Lənkəranlılar isə ilk 2 finalda kuboku qazanmağı bacarıblar. Yalnız ötən mövsüm “Bakı” ilə final görüşünün əlavə vaxtı cənublular üçün uğursuzla nəticələnmişdi.
Final sindromu ilə üzləşən “İnter” indiyə kimi həlledici görüşdə 1 qol vurub. Bu da debütdə “Bakı” ilə görüşdə fərqlənən, artıq 5 ildir komandadan gedən nigeriyalı hücumçu Laki İdahora məxsusdur. “Xəzər Lənkəran”ın vurduğu 4 qoldan yarısı braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldoya məxsusdur. O, məhz “İnter”lə oyunda etdiyi dublla lənkəranlılara tarixində 2-ci kuboku qazandırdı. “Xəzər Lənkəran”ın finalda ilk qolunun müəllifi isə İmişlinin “MKT-Araz”la oyunda sonradan meydana çıxaraq, 89-cu dəqiqədə fərqlənən Rəşad Kərimov olub. Rəşad da Juninyo kimi artıq “Xəzər Lənkəran”da deyil. Cənub təmsilçisinin ötən finalda əlavə vaxtında təsəlli xarakteri daşıyan qolunu vuran albaniyalı müdafiəçi Elvin Beçiri də indi onun sıralarındadır.
“İnter”lə “Xəzər Lənkəran”ın final tendensiyası qırılıb. Məsələ ondadır ki, “bankirlər” həlledici görüşə ilk dəfə ukraynalı baş məşqçilərsiz, lənkəranlılar Ağasəlim Mircavadovsuz çıxır. “İnter”i debütdə Anatoli Konkov, sonrakı 2 finalda Valentin Xodukinlə çıxış edib. Xodukini məhz “Qarabağ”la finaldakı görüşdən sonra əvəzləyən Kaxaber Sxadadze ilk dəfə Azərbaycan kubokunun iştirakçısı olacaq. Yeri gəlmişkən, gürcü çalışdırıcı indiyə kimi kuboku qazanmayıb. Mircavadovu isə ötən ilin iyulunda Moldovanın “Olimpiya” klubuna Avroliqada yenildikdən sonra rumıniyalı Mirça Rednik əvəzləyib.
Qeyd edək ki, indiyə kimi final 3 dəfə Respublika stadionundan kənarda olub. 1994-cü ildə “Kəpəz” – “Xəzər” (Lənkəran) və 2001-ci ildə “Şəfa” – “Neftçi” oyunu Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər, 5 il sonra “Qarabağ” – “Karvan” görüşü “Şəfa” stadionunda keçirilib.
tarix | qalib | finalçı | hesab |
30.08.1992 | “İnşaatçı” (Bakı) | “Kür” (Mingəçevir) | 2:1 (əlavə vaxtda) |
28.05.1993 | “Qarabağ” (Ağdam) | “İnşaatçı” (Sabirabad) | 1:0 (əlavə vaxtda) |
08.06.1994 | “Kəpəz” (Gəncə) | “Xəzər” (Lənkəran) | 2:0 |
28.05.1995 | “Neftçi” (Bakı) | “Kür” (Mingəçevir) | 1:0 |
15.05.1996 | “Neftçi” (Bakı) | “Qarabağ” (Ağdam) | 3:0 |
28.05.1997 | “Kəpəz” (Gəncə) | “Xəzri” (Bakı) | 1:0 |
28.05.1998 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:0 |
28.05.1999 | “Neftçi” (Bakı) | “Şəmkir” | 0:0 (pen 5:3) |
28.05.2000 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:1 |
25.05.2001 | “Şəfa” (Bakı) | “Neftçi” (Bakı) | 2:1 |
|
|
|
|
09.05.2004 | “Neftçi” (Bakı) | “Şəmkir” | 1:0 (əlavə vaxtda) |
28.05.2005 | “Bakı” | “İnter” (Bakı) | 2:1 (əlavə vaxtda) |
03.06.2006 | “Qarabağ” (Ağdam) | “Karvan” (Yevlax) | 2:1 |
28.05.2007 | “Xəzər-Lənkəran” | “MKT-Araz” (İmişli) | 1:0 |
24.05.2008 | “Xəzər-Lənkəran” | “İnter” (Bakı) | 2:0 (əlavə vaxtda) |
23.05.2009 | "Qarabağ" (Ağdam) | "İnter" (Bakı) | 1:0 |
22.05.2010 | “Bakı” | “Xəzər-Lənkəran” | 2:1 |
Mehman SÜLEYMANOV