“Bakı” “10 nömrə” tapdı - FOTO
23.05.2011 - 17:32
“Bakı” “10 nömrə” tapdı - FOTO
“Bakı” klubunun 10 nömrəli forması nəhayət ki, öz sahibini tapıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin 10 nömrəli forması müğənniyə qismət olub.

Belə ki, gənc müğənni Elton Hüseynəliyev Heydər Əliyev adına Respublika Sarayında verdiyi konsertdə “Bakı”nın azarkeşi olduğunu açıqlayıb. Tədbirdə iştirak edən klub rəhbərliyi Eltonun bu sevgisinə biganə qalmayıb. Bu səbəbdən də ona 10 nömrəli futbolka hədiyyə edilib. Gözlənilməz hədiyyəyə sevinən müğənni təşəkkürünü bildirərək, “Bakı” futbol klubunun azarkeşi olduğunu bir daha dilə gətirib.

“Bakı”ya uğurlar arzulayan Elton qarşıdan gələcək oyunlarda komandanın oyunlarının izləyəcəyini, azarkeş kimi kluba həmişə dəstək verəcəyini bildirib.

Qeyd edək ki, son mövsümün əvvəllində “Bakı”da 10 nömrəli formanı qışda komandanın düşərgəsini tərk edən kamerunlu Joel Epalle geyinirdi.