Əsgər Abdullayev: 2-3 günə “Turan”la müqavilə bağlayacağam
23.05.2011 - 23:56
1 il, 7 ay öncə AZAL-dan istefaya göndərilən Əsgər Abdullayevə, nəhayət, iş tapıldı. «Şəfa» və «Bakı» da çalışmış mütəxəssis iyunadək rəsmi fəaliyyətini bərpa edəcək. «Turan»la əməkdaşlığa başlayacaq çalışdırıcı bu günlərdə rəsmi müqaviləyə qol çəkməlidir.
Dünən o, klubun prezidenti Musa Süleymanovla görüşərək, növbəti 1 il üçün planları müzakirə edib və iş şərtlərini razılaşdırıb. Abdullayevlə danışıqlar başlayanadək, tovuzlular Şahin Diniyev, Nadir Qasımov, Böyükağa Ağayev, Yunis Hüseynov və digərlərinin namizədliyini gözdən keçirib. Başa çatan mövsümdə Sakit Alıyev, Revaz Dzoduzaşvili, Naci Şensoy və Asim İbrahimovla iş birliyi qısa sürən və əcnəbi mütəxəssislərlə işləməyə həvəs göstərməyən Süleymanov yerlilərdən ən münasib variantın Əsgər bəy olduğunu qəbul edib. Çünki işsiz-gücsüz qaldığından, onlara yüksək tələblər irəli sürməyib.
Sabiq «təyyarəçi» komandanın MOİK-ə 1:4 hesabıyla uduzduğu matçı canlı izləyib. Bunun üçün «Bakı»nın bazasına gələrək, klub rəsmiləriylə yanaşı əyləşib.
Olimpiya yığmasının keçmiş çalışdırıcısı «Sport Favorit»ə açıqlamasında qərblilərlə anlaşdığını təsdiqlədi: “Turan”ın öz futbol ənənələri var ki, bu da hər bir baş məşqçi üçün vacibdir. Özü də Tovuzda futbolu sevirlər. Paytaxt klubu ilə Tovuza səfərlərimizi yaxşı xatırlayıram. Əgər klubun maliyyə imkanları yaxşı olsa, o zaman komandanı yüksək səviyyəyə də çatdırmaq olar. Bu klubda işləmək olar. Mən özüm bu regiona yaxınam və buna görə də bu komandada işləməyə etiraz etmədim. Əvvəldən demişəm ki, əgər “Turan” istəsə, mən bu komandanı götürməyə hazıram. Tezliklə işə başlayacam. Hələlik köməkçilərimin kim olacağını dəqiqləşdirməmişəm. Yaxın günlərdə iş planını tutub, rəhbərliyə verəcəm. 2-3 günə rəsmi müqavilə bağlayacağıq. Üstünlüyü əsasən tovuzlu gənclərə vermək niyyətindəyəm. Musa müəllimlə söhbətdə də bu məsələyə toxundum. Kənardan gələnlər isə səviyyəli olmalıdır ki, normal komanda yaradaq. Konkret məsqədi hələ müəyyənləşdirməmişik. Prezidentlə görüşdən belə təəssüratla ayrıldım ki, o, normal komanda yaratmaq marağındadır».

0
0