Yaponiya dünya çempionatını qəbul edəcək
24.05.2011 - 09:24
Yaponiya dünya çempionatını qəbul edəcək
Yaponiyada 2 ay əvvəl baş verən zəlzələ klublararası dünya çempionatının bu ölkədə keçirilməsinə mane olmayacaq. Apasport.az saytının məlumatına görə, bu ilin sonunda Asiya ölkəsində keçirilməli olacaq yarışın təşkilində hər hansı problem olmayacaq. Gündoğar ölkəyə səfər edən FİFA prezidenti Yozef Blatter çempionatın keçirilməsini mümkün sayıb. Bu yarış dekabrın 8-18-də baş tutacaq.

Qeyd edək ki, 2005-2008-ci illərdə də klublararası dünya çempionatı Yaponiyada təşkil edilib. Son 2 ildə isə turniri BƏƏ qəbul edib.