Azərbaycan Premyer Liqası ilə Kriştianu Ronaldo arasında fərq
24.05.2011 - 10:36
Avropanın het-trik ustalarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, öz ölkələrində ən çox het-trik edən 10 futbolçunun siyahısı tərtib olunub.
Cədvəldə ilk pilləni İspaniya “Real”ının qolçusu Kriştianu Ronaldo tutur. O, demək olar ki, hər 5-6 matçdan rəqib qapısına 1 oyunda 3 top vurub. İyunun 7-də Almaniya milli komandası ilə Bakıya gələcək Mario Qomesin hesabında isə 5 het-trik var.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Premyer Liqasının 192 oyununda vur-tut 2 het-trik olub. Kriştianunun oynadığından təxminən 6 dəfə çox matçda portuqaliyalının bacardığından 3 dəfə azı qeydə alınıb. Hətta “Fənərbaxça”lı Aleks də çempionatımızdakından daha çox 3 dəfə het-trik edib.
“Het-trik” ustaları
1. Kriştianu Ronaldo (“Real”, Madrid) - 6 het-trik/33 matç
2. Mario Qomes (“Bavariya”, Almaniya) - 5/32
3. Qarra Dembele (“Levski”, Sofiya) - 4/22
4. Byorn Vleminks – (NEK, Hollandiya) 4/32
5. David Lafata (“Yablonets”, Çexiya) – 3/27
6. Dimitar Berbatov (“Mançester Yunayted”) – 3/32
7. Aleks (“Fənərbaxça”, Türkiyə) – 3/32
8. Antonio Di Natale (“Udineze”, İtaliya) – 3/35
9. Edison Kavani (“Napoli”, İtaliya) – 3/35
10. Mussa Sou (“Lill”, Fransa) – 2/34

0
0