Yerlilər+əcnəbilər=27
24.05.2011 - 11:05
Azərbaycan Premyer Liqasında başa çatan mövsümdə 27 dubl reallaşdı. Apasport.az saytının məlumatına görə, çempionatımızın gürcüstanlı bombardiri Georgi Adamiya (“Qarabağ”, 18 qol) ilə onun ən yaxın izləyicisi, uzun müddət lider olan özbəkistanlı hücumçu Bahodir Nasimov (“Neftçi”, 15 qol) bu göstəricidə də fərqləndi. Belə ki, onlar ən çox dubl edən futbolçular sırasında yer aldı.
Adamiya və Nasimovla yanaşı, milli komandamızın hücumçusu Rauf Əliyev (“Qarabağ”), litvalı Qvidas Yuşka ilə mərakeşli Zohair Benouahi (hər ikisi AZAL), kosta-rikalı Uinston Parks (“Xəzər Lənkəran”), yamaykalı Con Barton (“Qəbələ”) hərəyə 2 dəfə dubl ediblər. Dublların sayında isə rekordçu AZAL oldu.
Belə ki, “təyyarəçilər” 5 dəfə buna imza atdı. Ötən çempionatda ən erkən dubl “Bakı”nın braziliyalı yarımmüdafiəçisi Leonardo Roşaya məxsus oldu. O, “Gəncə” ilə səfər oyununda sonradan meydana çıxaraq, 4 dəqiqəyə 2 qol vurdu və komandasına vacib qələbə qazandırdı.
Gözlənildiyi kimi, dublların sayında üstünlük legionerlərə məxsusdur. Belə ki, öz futbolçularımız 7, əcnəbilər 20 dəfə fərqləndi. Ölkə baxımından rekordçu isə Braziliyadır. Belə ki, bu ölkənin təmsilçiləri olan Jaba, Roşa, Junivan Suares və Flavinyo hərəyə 1 dəfə dubl etdilər.
Maraqlıdır ki, MOİK çempionatımızın ən zəif komandası kimi uzun müddət son pillənin sahibi olub, I diviziona düşsə də, dubllarda fərqləndi. Məsələ ondadır ki, Premyer Liqamızda ilk və son dubl “hərbçilər”ə məxsus oldu. Anar Qasımov ilk, Orxan Babayev son turda bunun müəllifi oldu və hər iki halda, komandaları qalib gəldi.
Final mərhələsinə maraq böyük olsa da, burada dubllar azdır – cəmi 4 dəfə. Özü də bunun yalnız 1-i ilk “altılıq”da qeydə alındı. Həmin dubllun müəllifi bu il çox məhsuldar oyun nümayiş etdirən, “Neftçi”nin 2-ci bombardiri olan braziliyalı yarımmüdafiəçi Flavinyodur.
Qeyd edək ki, çempionatda 2 het-trik olmuşdu. Bunlar da Adamiya və Nasimovun adına yazıldı. Bahodir III turda avqustun 21-də “Simurq”la (4:0), Georgi XXXI turda mayın 13-də “Neftçi” (3:0) ilə ev oyununda 3 qol vurmuşdu.
Azərbaycan Premyer Liqasında ötən mövsümün dublları
I tur
MOİK – “Muğan” – 3:2
Anar Qasımov (MOİK)
“Bakı” – AZAL – 2:3
Jaba (“Bakı”), Qvidas Yuska (AZAL)
IV tur
“Simurq” – “Turan” – 2:2
Georgi Modebadze (“Turan”)
V tur
AZAL – “Simurq” – 2:1
Qvidas Yuska (AZAL)
“Xəzər Lənkəran” – MOİK – 3:0
Uinston Parks (“Xəzər Lənkəran”)
VI tur
MOİK – “Neftçi” – 0:4
Bahodir Nasimov (“Neftçi”)
VIII tur
MOİK – “Gəncə” – 0:5
Junivan Suares (“Gəncə”)
IX tur
“Gəncə” – “Xəzər Lənkəran” – 4:1
Sabir Allahquliyev (“Gəncə”)
AZAL – “İnter” – 5:0
Viktor İbekoyi (AZAL)
IV turdan təxirə salınan oyun
“Qarabağ” – “Bakı”- 2:0
Georgi Adamiya (“Qarabağ”)
XII tur
“Qarabağ” – MOİK – 3:0
Rauf Əliyev (“Qarabağ”)
“Gəncə” – “Bakı” – 1:3
Leonardo Roşa (“Bakı”)
XIII tur
“Muğan” – “Neftçi” – 0:3
Bahodir Nasimov (“Neftçi”)
XIV tur
MOİK – “Bakı” – 0:4
Ernad Skuliç (“Bakı”)
“Xəzər Lənkəran” – “Muğan” – 2:0
Uinston Parks (“Xəzər Lənkəran”)
AZAL – “Qarabağ” – 2:0
Zohair Benouahi (AZAL)
XV tur
“Qəbələ” – “Simurq” – 4:0
Con Barton (“Qəbələ”)
“Turan” – AZAL – 1:2
Zohair Benouahi (AZAL)
XVI tur
MOİK – “Qəbələ” – 0:3
Con Barton (“Qəbələ”)
XIX tur
“Xəzər Lənkəran” – “Qarabağ” – 1:2
Rauf Əliyev (“Qarabağ”)
“Muğan” – AZAL – 3:1
Elşən Məmmədov (“Muğan”)
XXII tur
“Qarabağ” – “Turan” – 5:1
Georgi Adamiya (“Qarabağ”)
XXVIII tur
“Muğan” – “Simurq” – 3:0
Con Pelu (“Muğan”)
“Neftçi” – “Bakı” – 2:0
Flavinyo (“Neftçi”)
XXXII tur
“Simurq” – “Gəncə” – 4:3
Əli Bağırov (“Simurq”)
MOİK – “Turan” – 4:1
Orxan Babayev (MOİK)
Mehman SÜLEYMANOV

0
0