AZAL-ın rekordçu legioneri menecerliyə başlayır
24.05.2011 - 11:37
AZAL klubunun serbiyalı futbolçusu Draqan Mandiç karyerasını bitirib. Bu barədə apasport.az saytına açıqlama verən komandanın prezidenti Vaqif Qasımov bildirib ki, 35 yaşlı legioner artıq menecerliyə başlayır. Belində problemi olan Draqan bu il cəmi 1 oyun keçirib və xeyli müddətdir vətənində müalicə olunur: “Onunla heç bir problemimiz yoxdur. 5 il komandamızda oynayıb, xidmətləri olub. Sadəcə, belindəki problemə görə həkimlər Mandiçi oynamağa qoymurlar. Deyirlər ki, yaşıl meydana qayıtsa, şikəst olacaq. Təbii ki, biz belə olmasını istəmirik. Üstəlik, Draqanla müqaviləmiz bitir və bizə bağlılığı qalmır”.
Qeyd edək ki, Mandiç çempionatımızda keçirdiyi oyunların sayına (107) görə Usim Ndukadan sonra “təyyarəçilər”in 2-ci rekordçusudur.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Mandiç çempionatımızda keçirdiyi oyunların sayına (107) görə Usim Ndukadan sonra “təyyarəçilər”in 2-ci rekordçusudur.
Mehman SÜLEYMANOV
0
0