Berti Foqts Şüvəlan stadionunu bəyənib
24.05.2011 - 11:54
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Bakının AZAL klubunun yeni stadionunu bəyənib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis hazırda millinin paytaxtdakı təlim-məşq toplanışını Şüvəlan qəsəbəsindəki stadionunda keçir. Mayın 20-dən başlayan toplanış 28-dək davam edəcək və bu, Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan və Almaniya ilə rəsmi oyunlara hazırlığın bir mərhələsidir.
“Təyyarəçilər”in ötən ay “Bakı” ilə ev oyununda ilk görüşünü keçirdiyi Şüvəlandakı stadionunun qazonu süni örtüklüdür. FİFA-nın nümayəndələri arena hazır olduqdan sonra orada baxış keçirərək, 2 ulduz veriblər. Bu isə dünya ali futbol qurumu tərəfindən həmin stadionda beynəlxalq oyunlar keçirməyə icazə verildiyini göstərir. Deməli, AZAL-ın yayda Avroliqada çıxışı dəqiqləşərsə, rəqiblərini öz stadionunda qəbul etməsində problem olmayacaq.

0
0