AFFA dünya çempionatının loqotipini təqdim edəcək
24.05.2011 - 13:46
2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipinin təqdim olunacağı vaxt məlum olub. Apasport.az-ın məlumatına görə, yarışın embleminin təqdimatı da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə gerçəkləşəcək.
Bu tədbir isə 2011-ci il iyunun 6-da, saat 20:00-da, “Buta”da keçiriləcək. Qeyd edək ki, tədbirdə FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyinin, həmçinin ölkə futbol ictimaiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.

0
0