“Portu”nu susduran braziliyalı “Qəbələ”də
24.05.2011 - 14:08
“Qəbələ” mövsümlərarası fasilədə ilk legioner transferini gerçəkləşdirir. Apasport.az saytının məlumatına görə, müdafiənin sol cinahını gücləndirməyə çalışan Toni Adamsın komandası bu mövqeyə braziliyalı oyunçu gətirir.
Rumıniyalı Razvan Tarlea ilə yollarını ayıran əyalət təmsilçisi məhz onun yerini doldurmaq üçün Daniel Lopes Kruzu heyətinə qatmağa yaxındır.
8 gündən sonra 29 yaşını qeyd edəcək cənubi amerikalı müdafiənin mərkəz və sol cinahında oynaması ilə tanınıb. 181 sm boya malik Daniel karyerasına vətənində başlayıb.
2001-02-ci illərdə “Xuventud”un gənclərdən və əvəzedicilərdən ibarət komandalarında oynayan futbolçu “Korintians” Alaqoano (2003), “Alaqoas” (2004), “Moqi Mirim” (2004), “Rio Branko” (2005) klublarında oynadıqdan sonra Braziliyanı tərk edib.
Polşada “Legiya” (2005/06), “Poqon” (2006-07) komandalarının şərəfini qoruyub vətənə qayıdan Daniel “Koritiba” (2007), “Bahia” (2007), “Parana” (2008) klublarında top qovub. 2008-ci ilin yayında Portuqaliyaya üz tutan müdafiəçi son 3 mövsümü “Naval”da keçirib və yalnız indi klub aşağı dəstəyə düşdüyü üçün oranı tərk edir.
Güclülər dəstəsində 50 matç keçirən müdafiəçi 22 dəfə sarı vərəqə ilə cəzalanıb. 3 ildə 1 qol vuran Kruz 2008-ci il noyabrın 11-də elə komandadakı debüt qarşılaşmasında fərqlənib. Özü də “Portu” ilə matçdakı 1:0 hesablı qələbənin memarı olub.

0
0