Milli komandamız finala gəlir
24.05.2011 - 14:24
Milli komandamız finala gəlir
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2010/11 mövsümünün son oyunu olan kubokun final matçını izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda “İnter” və “Xəzər Lənkəran” arasında NBC Bank Azərbaycan kubokunun final oyununda iştirak edəcək. Baş məşqçi ilə yanaşı təlim-məşq toplanışında olan millinin üzvləri də görüşü stadionda izləyəcəklər.