“Azərbaycandan qayıdan kimi yığmaya çağırıldım”
24.05.2011 - 15:04
“Azərbaycandan qayıdan kimi yığmaya çağırıldım”
“Qəbələ” klubunda baxışda olmağım mənim üçün düşərli oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Nigeriyanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Qbenqa Arayoko deyib.

Bu ilin əvvəlində “Qəbələ”nin baxışa çağırıb, bəyənmədiyi müdafiəçi bildirib ki, Toni Adamsın rəhbərliyi altında keçdiyi qısa zaman kəsiyi onun üçün faydalı olub: “Azərbaycandan baxışdan qayıdan kimi U-20-yə çağırıldım. Həmin komandanı İngiltərənin və “Arsenal”ın əfsanəsi Toni Adams çalışdırır. Allaha şükür edirəm ki, həmin səfərimdən sonra yığma məşqçiləri mənə güvənməyə başladılar. Onları özümə inandıra bildim. İndi yığmamız Afrikada ən güclülərdən biridir”.

Qeyd edək ki, 19 yaşlı futbolçu hazırda vətənində “Kvara” klubunun şərəfini qoruyur.