Əmrah Çəlikəl: Onların “Qarabağ”da qalacağı rəsmiləşib
24.05.2011 - 15:29
“Qarabağ” daha 3 legioneri ilə yeni müqavilə imzalayıb. Bu haqda apasport.az saytına məlumat verən klubun direktoru Əmrah Çəlikəl bildirib ki, ötən çempionatımızın bombardiri olan gürcü hücumçu Georgi Adamiya, türkiyəli yarımmüdafiəçi Devran Ayhan və albaniyalı müdafiəçi Ansi Aqolli ilə anlaşmanın müddəti daha 1 illiyə uzadılıb: “Bu futbolçuların komandamızda qalmağı artıq rəsmiləşib. Onların müqaviləsi bitirdi və müddəti artırdıq. Bildiyiniz kimi, bunadək digər albaniyalı müdafiəçimiz Admir Teli, habelə yarımmüdafiəçi Namiq Yusifovla hücumçu Vüqar Nadirovla yeni müqavilə imzaladıq”.
Daha 2 futbolçu ilə danışıqlara başladıqlarını deyən Çəlikəlin sözlərinə görə, bu prosesi mərhələ-mərhələ keçirirlər: “Bu gün müdafiəçi Zaur Həşimov və yarımmüdafiəçi İlqar Qurbanovla danışıqlara başlamışıq. Onlarla razılığa gəlməyə çalışacağıq. Komandanın heyətindəki dəyişikləri baş məşqçimiz Qurban Qurbanov müəyyənləşdirir. O, futbolçuların hazırlıq səviyyəsinə, kimin oynayacağına qərar verir. Qurbanov hazırda şəxsi işləri ilə əlaqədar xaricdədir və mayın 28-də qayıdacaq. İnşallah, ayın sonuna kimi heyətlə, gedən-gələnlərlə bağlı məsələlərə aydınlıq gələr”.
“Qarabağ”da az oynayan, daha çox ehtiyatda qalan bir sıra futbolçular var. Klub rəsmisinin sözləri görə, müqaviləsi bitən belə oyunçularla məsələni sonraya saxlayıblar: “Qapıçı Sahil Kərimov, müdafiəçilər Aftandil Hacıyevlə Ayxan Abbasov, yarımmüdafiəçi Rəşad Kərimovla müqaviləmiz bitib. Az oynayan bu futbolçularla hələ danışıqlara başlamamışıq. Ola bilər ki, onlar sərbəst futbolçu kimi özlərinə yeni klub tapdılar. Bizdən hələlik gedən yeganə futbolçu Elvin Məmmədovdur. Yarımmüdafiəçilər Emin İmaməliyev və Andrey Rubinin bizimlə hələ 1 illik müqaviləsi var. Bizə futbolçumuzla bağlı, yaxud hansısa oyunçumuz başqa kluba keçməklə bağlı müraciət etməyib. Ancaq bu, sonradan ola bilər və onda buna baxmağımız mümkündür. Biz heç kimi zorla saxlamaq fikrində deyilik”.
Mehman SÜLEYMANOV

0
0