Fatih Terim Bakıya gəlir
24.05.2011 - 16:22
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək daha bir fəxri qonağın adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu möhtəşəm mərasimdə fəxri qonaqlarından biri də Türkiyənin tanınmış məşqçisi, bu günlərdə “Qalatasaray” klubuna baş məşqçisi təyin olunmuş Fatih Terim olacaq.
O, Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə bu il iyunun 6-da, saat 20:00-da “Buta Palace”da baş tutacaq təntənəli mərasimdə iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, tədbirdə FİFA və UEFA-nın, bir çox milli assosiasiyaların rəhbərliyi, həmçinin ölkə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

0
0