“Milli komandamıza yeni idmançıların cəlb edilməsi istisna deyil”
24.05.2011 - 23:03
“Biz kişilərlə bərabər qadın yığmamızı da gücləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bunun üçün komandamıza yeni idmançıların cəlb edilməsi istisna deyil”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.
O, Bolqarıstan mətbuatının I Yay Olimpiya Oyunlarının qalibi Boyanka Kostovanın şəxsi məşqçisi Laçezar Kişkilovla Bakıya qaçması ilə bağlı yaydığı xəbərlərə münasibət bildirib. Əsgərov bildirib ki, bu idmançını milliləşdirmək istəsələr də, onlar hazırda Azərbaycanda deyil: “Bəli, biz bu atleti komandamızda görmək istəyirik. Lakin Bolqarıstanda Ağır Atletika Federasiyasının mövcud olmaması səbəbindən danışıqlar apara bilmirik. Amma bütün bunlar tezliklə öz həllini tapmalıdırlar. İdmançı və məşqçisinə gəldikdə isə onlar Bakıda deyil. Amma Kostova ilə maraqlandığımızı təsdiqləyə bilərəm”.
Qeyd edək ki, bolqarıstanlı həmkarlarımız Boyanka Kostova və şəxsi məşqçisi Laçezar Kişkilovun Azərbaycanda olduğunu iddia edirlər və onlara qarşı cəza veriləcəyini ehtimal edirlər.

0
0