Vulkan “Barselona”nın planlarını pozdu
24.05.2011 - 17:47
Çempionlar Liqasının finalında “Mançester Yunayted”lə qarşılaşacaq İspaniyanın “Barselona” klubunun planları pozulub. Apasport.az saytının məlumatına görə, buna İslandiyada püskürən vulkan səbəb olub.
Belə ki, qarşılaşmanın baş tutacağı Böyük Britaniya paytaxtı Londona mayın 26-da yola düşməyi planlaşdıran kataloniyalılar bu vaxtı dəyişiblər. Onlar “Dumanlı Albiona” istədikləri kimi qarşılaşmadan 2 deyil, 4 gün əvvəl yola düşmək məcburiyyətində qalıblar. “Barselona” bu gecə İspaniyanı tərk edəcək.
Qeyd edək ki, “Mançester Yunayted” – “Barselona” görüşü mayın 28-də “Uembli” stadionunda keçiriləcək.

0
0