Avrokuboklara yollanan bütün komandalarımız müəyyənləşdi
24.05.2011 - 22:23
Azərbaycan kubokunun final oyunundan sonra bu il ölkəmizi Avropa kuboklarında təmsil edəcək dördüncü klubumuzun da adı bəlli olub. Apasport.az saytının xəbərinə görə, «Neftçi», «Xəzər Lənkəran» və «Qarabağ»ın ardından AZAL da ölkəmizi UEFA yarışlarında təmsil etmək hüququ qazanıb. Bu, «Xəzər Lənkəran»ın kubokun finalında «İnter»ə penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlməsindən sonra mümkün olub.
Beləliklə, «Neftçi» Çempionlar Liqasında, «Xəzər Lənkəran», «Qarabağ» və AZAL isə Avropa Liqasında yarışacaq. «Neftçi» və «Xəzər Lənkəran» yarışlara ikinci, «Qarabağ» və AZAL isə birinci mərhələdən qatılacaq.

0
0