“İnter” – “Xəzər Lənkəran” matçının ən yaxşısı bəlli oldu
24.05.2011 - 22:44
Azərbaycan kubokunun finalında keçirilən “İnter” – “Xəzər Lənkəran” matçının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, NBC Bank tərəfindən xüsusi seçilən münsiflər heyəti “ağ-yaşıllar”ın qapıçısı Kamran Ağayevi həlledici görüşün ən yaxşısı seçib. Cari mövsümdə kubokun ən yaxşı qolunun müəllifi isə Rəşad Məmmədov (Rəvan) olub.
Xatırladaq ki, Ağayev final matçında penaltilər seriyasında rəqibin zərbəsini qaytarıb.
Xatırladaq ki, Ağayev final matçında penaltilər seriyasında rəqibin zərbəsini qaytarıb.
0
0