Mirça Rednik: Mən dünyanın ən xoşbəxt insanıyam
24.05.2011 - 22:50
“Mən dünyanın ən xoşbəxt insanıyam”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.
Cənub təmsilçisi NBC Bank Azərbaycan kubokunun finalında “İnter” üzərində qələbə qazanmaqla (1:1, 4:2), tarixində üçüncü dəfə kuboka sahib çıxıb. Oyunla bağlı fikirlərini açıqlayan rumın çalışdırıcı bildirib ki, qələbə heç də asan qazanılmadı: “İl ərzində qazandığımız zəhmətin bəhrəsini gördük. Çempionatda ikinci yeri tutduq, kuboka sahib çıxdıq. Xos sözlər azarkeşlərə də aiddir. Kuboku onlara və komanda rəhbərliyinə həsr edirik. Rəqibin kuboku qazanmaq istəyini bilirdik. Bu onların avrokuboklara yollanmaq üçün son şansı idi. Amma komandamız sonadək mübarizə aparıb, istəyinə çatdı”.

0
0