“Bakı”da yerini itirdi, yığmadan kənar qaldı
25.05.2011 - 08:38
“Bakı”da yerini itirdi, yığmadan kənar qaldı
Moldova milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qabi Balint iyunun 3-də İsveçlə keçiriləcək Avro-2012-nin seçmə mərhələsinin qarşılaşmasına 26 futbolçu çağırıb. Mütəxəssis bu dəfə Azərbaycan Premyer Liqasında çıxış edən oyunçulara ehtiyac duymayıb. Son matçlaradək “Bakı”nın yarımmüdafiəçisi Vadim Boretsi heyətə cəlb edən Balint bu dəfə 35 yaşlı veterana ehtiyac duymayıb. Bu da onun “Bakı”nın əsas heyətindəki yerini itirməsi ilə bağlıdır.

Qeyd edək ki, vatilə çempionatımızda oynamış Anatoli Doroş yığmaya çağırılanlar sırasındadır.