“Xəzər Lənkəran” “Qarabağ”a çatdı
25.05.2011 - 09:36
“Xəzər Lənkəran” klubu Azərbaycan kuboku tarixində bu mükafata ən azı 3 dəfə yiyələnən 4-cü komanda olub. Apasport.az saytının məlumatına görə, “İnter”i məğlub etməklə 3-cü dəfə bu titulu əldə edən lənkəranlılar kubok sayında “Qarabağ”a çatıb. Bu 2 komanda yalnız rekordçular “Kəpəz”lə “Neftçi”dən geri qalır. Bu komandaların isə hərəyə 4 uğuru var.
Qeyd edək ki, Azərbaycan kubokunu 7 klub qazanıb.
Azərbaycan kubokunun sahibləri
Qeyd edək ki, Azərbaycan kubokunu 7 klub qazanıb.
Azərbaycan kubokunun sahibləri
1-2 | Kəpəz | 4 | 1993/94, 1996/97, 1997/98, 1999/2000 |
| Neftçi | 4 | 1994/95, 1995/96, 1998/99, 2003/04 |
3-4 | Qarabağ | 3 | 1993, 2005/06, 2008/09 |
| Xəzər Lənkəran | 3 | 2006/07, 2007/08, 2010/11 |
5 | Bakı | 2 | 2004/05, 2009/10 |
6-7 | İnşaatçı Bakı | 1 | 1992 |
| Şəfa | 1 | 2000/01 |
0
0