Uinston Parks mükafatsız qaldı
25.05.2011 - 10:03
“Xəzər Lənkəran”ın futbolçusu Uinston Parks NBC Bank Azərbaycan kubokunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, kosta-rikalı futbolçu “İnter”lə keçirilən final görüşündə qol vurmaqla, cari mövsüm kubokda 4-cü dəfə fərqlənib.
Bununla, Parks yarışın ən yaxşı bombardiri olub. Lakin “Xəzər Lənkəran”ın hücumçusu buna görə mükafat almayıb. Səbəbi isə çox sadədir: yarışın bombardiri üçün belə bir mükafat təsis edilməyib.
Cari mövsüm kubokda azı 2 qol vuranlar

Uinston Parks | Xəzər Lənkəran | 4 |
Flavio Aleks Valensio | Neftçi | 3 |
Girts Karlson | İnter | 3 |
Ceyhun Sultanov | Gəncə | 2 |
Emin Mehdiyev | Abşeron | 2 |
Eleandro Pema | AZAL | 2 |
Rövşən Əmiraslanov | İnter | 2 |
0
0