Tuyqun Nadirov: Yeni transferlərimiz olacaq
25.05.2011 - 10:37
“Çox yüksək təəssüratlara malikik. Həqiqətən də, bizim üçün sevincli günlərdən biridir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
NBC Bank Azərbaycan kubokunun finalında “İnter”lə qarşılaşan “Xəzər Lənkəran” penaltilər seriyasında rəqibini üstələyərək, ölkə kubokuna sahib çıxıb. Bununla, rumıniyalı baş məşqçi Mirça Rednik debüt ilindəcə mövsümü titulla başa vurmağa nail oldu.
Kubokun sahibi kimi Avropa Liqasında ölkəmizi təmsil edəcək cənub təmsilçisi mübarizəyə ikinci pillədən start verəcək. Final matçı haqda danışarkən Nadirov bildirib ki, azarkeşlərin futbol bayramının şahidi oldular: “Azarkeşlərə sevinc və gözəl futbol bəxş etdik. Əsl futbol bayramı yaşandı. Düzdür, penaltilər şansdır, ancaq o şansa qədər irəliləmək gərəkdir”.
Təmsil etdiyi klubun mövsümü əla keçirdiyi deyən Nadirov qazanılan nəticələri yüksək qiymətləndirib: “Premyer Liqanı ikinci pillədə başa vurduq, ölkə kubokunu qazandıq. Fikrimcə, komandamız əla mövsüm keçirdi. Avropa Liqasında Azərbaycanı daha yaxşı təmsil edəcəyimizə inanıram”.
Sonda vitse-prezident mövsümlərarası fasilə zamanı komandanı gücləndirmək məqsədi ilə bir neçə futbolçunu heyətə cəlb edəcəklərini bildirib: “yeni transferlər olacaq. Biz avrokuboklarda da ciddi nəticə qazanmağı düşünürük”.

0
0